Xəbərlər

31.10.2017

28 oktyabr ABL Cup 2017/18 turnirinin açılış mərasimi baş tutub

ABL Cup 2017/18


28 oktyabr Şəfa stadionunda ABL Cup 2017/18 çempionatını start götürüb. 

Çempionatın rəsmi açılış mərasimi xalq rəqsləri ilə başladı. Şərq üslubu və xalq folklorunun ecazkarlığı mərasimə xüsusi rəng qatıb. Çempionatın təşkilatçıları bütün komandaları təbrik edərək, keçirəcəkləri oyunlarda hər birinə uğurlar arzuladılar. Komandaların paradından sonra Azərbaycan Dövlət Himni səsləndi və ilk oyunlar başladı.

Mətbuat vasitələri və televiziya tərəfindən tədbirin və oyunların yadda qalan bütün məqamları qeydə alındı. Şənbə günü saat 23:15-də ATV kanalında, ABL Cup 2017/18  çempionat gündəliyinin ilk buraxılışı yayımlanacaq. 
Qeyd etmək istərdik ki, turnirdə hakimlik peşəkar hakimlər tərəfindən aparılır, hər oyunda statistlər fəaliyyət göstərir, tibbi yardım Hayat Clinic qrupu tərəfindən təmin edilir. Stadiondakı oyunçular könüllülər qrupu tərəfindən qarşılanırlar. Təşkilatçı şirkətin nümayəndələri, daima meydançada oyunlara nəzarət edir və şirkət nümayəndələri və təmsilçi komandalar ilə ünsiyyət saxlayırlar. 

Keçirilən oyunların şəkillərini və video materiallarını çempionatın rəsmi saytında www.abl.az izləyə bilərsiniz.