Xəbərlər

03.11.2017

Birinci turun yekunları

First

Birinci turun nəticələrinə yekun vuraraq, keçirilən oyunlardan ilk seçilən oyunçuları görmək mümkündür.
İlk turun ən yaxşı bombardiri və assistenti kimi, iki oyunçunu qeyd etmək istərdik. Azersun komandasından Eyyub Əfəndiyevİteca komandasının oyunçusu Elçin Cuvarov, 5 qol və 3 məhsuldar ötürmə ilə ən yaxşı bombardir kimi, Fərəc Fərzəliyev isə 4 məhsuldar ötürmə ilə birinci turun ən yaxşı assistenti kimi qeyd olundular.
Seçilənlər siyahısında Emin Əliyev (Gilan Holding) 4 qol ilə yer aldı. Port of Baku komandasının qapıçısı Vüqar Mehdiyev, Buta Palace komandasının qapıçısı Müslüm Müslümzadə, Gilan Holding komandasının qapıçısı Elvin Gülmuradov birinci tur ərzində qapılarının toxunulmazlığını əzmlə qorudular.
Komanda təsnifatında Port Baku, Azərsun və Iteca komandaları qol və məhsuldar ötürmə sayında liderlik mövqesindədirlər.
Bütün oyunlar öz növbəsində maraqlı keçdi, az sayda sarı və qırmızı kartların verilməsi, oyunların dostluq mühitində keçdiyinə sübutdur. Belə davam edərsə, "Fair Play" mükafatına layiq olan komandanı müəyyənləşdirmək çox çətin olacaq.
AzeColab və City Taxi komandalarının keçirdiyi oyunun marağı, izləyiciləri son ana qədər gərginlik həddində saxladı. Yalnız GTSolutions və Norm Sement komandaları arasında gərgin keçən oyun 2-2 hesabı ilə bitdi. Gate Baku komandası birinci turu, texniki məğlubiyyət ilə bitirməli oldu.
Xatirladaq ki, ikinci turun oyunları 4 noyabr tarixində başlayacaq.