Xəbərlər

03.11.2017

Sabah qrup mərhəsinin ikinci turu start götürür

ABL Cup 2017/18

Sabah “Şəfa” stadionunda, Biznes liqasının qrup mərhələsinin seçim turu başlayır. ASEP şirkətinin təşkilatçı heyyəti və könüllülər dəstəsi iki gün ərzində 30-dan çox komandanı qəbul etməyə hazırlaşır.
Şənbə günü 14 komandanın oyunları baş tutacaq. Bakcell və Smart Systems Technology komandalarının keçirəcəyi oyun texniki səbəblərdən təxirə salınıb. 
Təşkilatçılarının istəyi ilə, Azfar Group şirkətinin qapalı meydançaları bir az dəyişdərək, izləyicilər üçün dayanacaq yerləri artırıldı. 
Azərkeşlər ilk turun oyunlarını böyük maraq ilə qarşıladılar. Gələcək mövsüm üçün, təşkilatçılar azərkeşləri oturacaq yerləri ilə təmin edəcəkləri barədə düşünürlər. Azərkeşlər üçün stadionun nəzdində kafe fəaliyyət göstərir, hər kəs oyunların gedişatını kafedə yerləşdirən monitorlar vasitəsi ilə izləyə bilərlər.

Xatırladaq ki, şənbə günü ATV kanalında 23:15-də, ABL Cup 2017/18 çempionatının gündəliyinin
İlk buraxılışı yayımlanacaq. Buraxılışda, çempionatın ilk turunun ən maraqlı məqamları əks olunacaq.