Xəbərlər

04.11.2017

Qrup mərhələsinin ikinci turu start götürdü

secondtour

Şənbə günü qrupp mərhələsinin ikinci seçim turu start götürüb.
G qrupunda iki oyun: Gate Baku - M Group ProductionMuğanBank - DDLAR Group görüşməsi heç-heçə (2-2) hesab ilə bitdi. Belə davam edən halda, qrupun sonrakı oyunlarının gərgin keçəcəyi görünür. Çünki play-off mərhələsinə vəsiqə qazanmaq, müvafiq xal hesabı ilə mümkün olacaq. Hal-hazırda yarım-qrupun lideri kimi Muğanbank komandası görünür. Belə ki, Gate Baku komandası ilə oyundan sonra, MuğanBank komandasına texniki qələbə verilmişdir. Qrupun sonrakı oyunlarını böyük maraqla izləyəcəyik.

Silk WayIteca komandalarının oyunu zamanı da, gərginlik müşahidə olunurdu. Qeyd edək ki, hər iki komanda maraqlı oyun nümayiş etdirdi. Lakin bu oyun Silk Way komandasının üstünlüyü və 2-0 hesablı qələbəsi ilə 
başa çatdı. Azersun komandası, öz azərkeşlərini VTB komandasına 10-1 hesabı ilə qalib gələrək bir daha sevindirdi. İkinci turdan sonra da, komandanın birinciliyi qoruyub-saxlaması heç də təəcübləndirici hal olmaz.
ATL Tech komandası, Gənclər və İdman Nazirliyi komandasını üstələyərək yenidən qələbəyə imza atdı. Oyun 8-3 hesabı ilə bitərək, ATL Tech komandasına play-off mərhələsinə vəsiqəni təmin etdi.
Universal komandasının meydançaya xüsusi özgüvən hissi ilə daxil olmağı, əbəs yerə deyil. Deloitte komandası ilə keçirilən oyundan sonra, tabloda 13-1 hesabının əks olunması buna əyani sübutdur.
Bazar günü daha 16 komanda, öz güclərini sınamaq üçün meydançada görüşəcək. Bütün xəbərləri çempionatın rəsmi, facebook və instagram səhifələrində izləməyi unutmayın.
Bu gün saat 23:15-də ATV kanalında, ABL Cup 2017/18 gündəliyinin, birinci turunun ən maraqlı məqamları yayımlanacaq.