Xəbərlər

06.11.2017

İkinci turun, ikinci günü

abl

Biznes liqanın qrup mərhələsinin ikinci turunun, ikinci günü çox gərgin keçdi. Komandalardan  bir neçəsinin keçirdiyi oyunlar heç-heçə ilə bitdi, bəzi komandaların  oyunları zamanı isə bir neçə sayda sarı və qırmızı kartlar belə verildi. 

 B qrupuna daxil olan AmrahbankAzecolab komandalarının oyunu xüsusi marağa səbəb oldu. Kobud keçməsi və heç-heçə ilə bitməsinə baxmayaraq, bu oyunu ikinci turun ən maraqlı görüşməsi kimi  qeyd etmək olar. Hər iki komanda 1 qol vuraraq, hesabı 1-1 hesabı ilə başa çatdırdı. TimSportCity taxi komandalarının keçirdiyi oyun az marağa səbəb olmadı. Timsport komandası Amrahbank komandası ilə oyunda məğlub olmasına baxmayaraq, oyuna yüksək  mübariz əhval-ruhiyyə ilə daxil oldu.  Oyunun son dəqiqələrinə qədər hesab bərabərliyi qorunurdu, lakin son anda City Taxi komandası iki qol vuraraq, üstünlüyü əldə etdi. Oyun 3-1 hesabı ilə başa çatdı. Keçirilən oyun zamanı Fərid Səttərzadəyə, iki sarı kart və ardınca qırmızı kart verildi. Üçüncü turda keçiriləcək oyunu buraxmalı olacaq. Eyni zamanda Kapital bank, komandasının oyunçusu Rəşad Şükürov, hakimə qarşı kobud rəftarına görə 3 oyun zamanı kənarlaşdirma alacaqdır. PolatyolKapital komandalarının keçirdiyi oyununda, Polatyol komandası 4-3 hesabı ilə qələbə qazandı. Növbəti qələbəni əminliklə Təmiz Şəhər komandası, Gesco komandasına 11-2 hesabı ilə qalib gəldi. Embawood komandası, GT Solutions komandası ilə oyunda 6-1 hesabı ilə üstünlük qazandı. Buta Palace komandası, TreMiDa komandasına qalib gəldi. Norm SementKaTv1 komandalarının qarşılaşması heç-heçə ilə bitdi. Meydançada komandaların mübarizəsi 2-2 hesabı ilə başa çatdı. 
PullmanGilan Holding komandalarının oyunu da, öz növbəsində maraqlı keçdi. Yeni yaranmasına baxmayaraq Pullman komandası, Gilan Holding komandası ilə görüşdə, rəqibə aman vermədi. Bu komandalar arasında keçən oyun 9-3 hesabı ilə bitdi. 
Port of Baku komandası öz qrupunun lider mövqeyində qərarlaşaraq, Azergold komandasına 4-1 hesabı ilə qalib gəldi. 
Üçüncü tur səbirsizliklə gözlənilir, belə ki, ondan sonra Biznes-liqanın payız mövsümünün play-off mərhələsinə vəsiqə qazanacaq komandalar məlum olacaq.