Xəbərlər

07.11.2017

İkinci turun ən yaxşıları cədvəlinin necə dəyişdiyinə nəzər salaq

abl

Bombardirlər cədvəlin ilk pilləsində Azersun komandasının oyunçusu Eyyub Əfəndiyev yer alır. Oyunçunun iki turdan sonra hesabında 10 qol var. Gilan Holding komandasının oyunçusu Emin Əliyev, 2 oyun ərzində 9 qol vuraraq, bombardirlər siyahısının ikinci pilləsində qərarlaşır. Universal komandasının oyunçusu Cavid İsmayılov, iki oyun ərzində 7 qol vurmaqla bərabər, 7 məhsuldar ötürmə etməklə ikinci turdan sonra ən yaxşı assistent kimi ilk pillədə qərarlaşır. Azersun komandasının oyunçusu Fərəc Fərzəliyev 6 və Buta Palace komandasının oyunçusu Murad Cəfərov, 5 məhsuldar ötürmə ilə ikinçi və üçüncü yerlərdə qərarlaşıblar. İkinci turun oyunlarından sonra, hesabında 21 qol olan Azersun komandası ən cox qol vuran komanda siyahısında liderlik mövqeyində qərarlaşıb. Universal komandasının 20, Gilan Holding komandasının hesabında 17 qol var.
Asim Sarıyev Silk Way, Vüqar Mehdiyev Port of Baku, Müslüm Müslümzadə Buta Palace, Hümmət Babaşev Təmiz Şəhər və  Elvin Gülmuradov iki turun nəticələrinə əsasən ən yaxşı qapıçılar kimi qeyd oluna bilərlər.. 
Qrup mərhələsinin son oyunlarının, cədvələ necə təsir edəcəyini növbəti oyunlardan sonra görə biləcəyik.