Xəbərlər

11.11.2017

Qrup mərhələsinin üçüncü turu start götürdü

ABL Cup 2017/18

Şənbə günü qrup mərhələsinin 3-cü turu start götürdü.

İlk oyun ATL TechAzersun komandaları arasında baş tutdu. Azersun komandası 0-9 hesabı ilə qalib gələrək, qrupda liderlik mövqeyini bir daha təsdiq etdi.
Gənclər və İdman Nazirliyi ilə VTB komandalarının oyunu da, az marağa səbəb olmadı. VTB komandası mükəmməl oyun nümayiş etdirərək, 3-7 hesabı ilə qələbə qazandı.
Təmiz ŞəhərUniversal komandalarının oyunu, izləyicilər tərəfindən böyük maraqla qarşılandı. Qrup lideri mövqeyini paylaşan iki komanda oyunu 2-2 hesabı ilə başa vurdu. Qrup liderləri, üstünlüyü müəyyən edə bilmədilər. Bu halda, komandalar növbəti tura bərabər hesab ilə çıxacaqlar.
Deloitte Gesco komandalarının qarşılaşması, 7-2 Gesco komandasının qələbəsi ilə bitdi.
Gate Baku komandası və DDLAR Group komandasına 1-9 hesabı ilə qalib gəldi. 
Muğanbank komandası qrup mərhələsində son rəqibi M Group Production komandası ilə qarşılaşıb. Oyun 4-5 hesabı ilə M Group Production komandasının qələbəsi ilə başa çatdı.
Bakcell komandası, qrup lideri Silk Way komandası ilə qarşılaşma zamanı, mükəmməl oyun nümayiş etdirib. Amma püxtələşmiş taktikaya malik Silk Way komandası növbəti qələbəyə imza ataraq, oyunu 8-5 hesabı ilə bitirdi.
İteca Caspian LLCSmart Systems Technology komandalarının oyunu, 9-1 hesabı ilə İteca Caspian LLC komandasının qələbəsi ilə bitdi.
12 noyabr qrup mərhələsinin son günüdür. Belə kİ, play-off mərhələsinə vəsiqə qazanan növbəti komandalar, məhz bu tarixdə bəlli olacaq.