Xəbərlər

12.11.2017

ABL Cup 2017/18 çempionatının qrup mərhələsi bitdi

ABL Cup 2017/18

12 noyabr qrup mərhələsinin son oyunları keçirildi. Qrup mərhələsinin üçüncü turunun, ikinci günü maraqlı oyunları ilə yadda qaldı. Komandalar play-off mərhələsinə vəsiqə qazanmaq üçün, meydançada əzmkarlığla mübarizə apardılar.
İlk oyun KaTv1 və GT Solutions komandaları arasında baş tutdu. Oyun 9-2, KaTv1 komandasının qələbəsi ilə başa çatdı.
Norm və Embawood komandalarının qarşılaşması, 2-4 hesabı ilə  Embawood komandasının üstünlüyü ilə bitdi. Komanda qələbə qazanaraq, qrup cədvəlində liderlik mövqeyini bir daha təsdiq etdi.
Amrahbank və City Taxi oyununda, City Taxi komandasına 0-3 hesabı ilə texniki qələbə verildi.
Azecolab komandası, Timsport komandası ilə qarşılaşma zamanı mükəmməl oyun nümayiş etdirib. Oyun 11-3 Azecolab komandasının üstünlüyü ilə başa çatıb.
TreMiDa və Azergold komandalarının oyunu zamanı, Azergold komandası vurulan bir artıq zərbə ilə qələbə qazandı. Oyun 4-5 hesabı ilə başa çatdı.
Buta Palace və Port of Baku komandalarının oyunu sözün əsl mənasında, qələbə uğrunda mübarizəyə çevrilmişdir. Oyun Buta Palace komandasının üstünlüyü, 5-4 hesabı ilə bitdi.
Növbəti oyun zamanı meydançada Pullman və Kapitalbank komandaları qarşılaşıb. Kapitalbank komandası rəqibinə 3-7 hesabı ilə qalib gəlib.
Qrup mərhələsinin son iki oyunundan biri Gilan Holding və Polat Yol komandaları arasında baş tutdu. Hər iki komanda, rəqib qapısına endirdiyi növbəti zərbə ilə qələbəyə çox yaxın idi. Lakin oyun 5-4, Gilan Holding komandasının üstünlüyü ilə bitdi.
Beləliklə ABL Cup 2017-18 çempionatının qrup mərhələsi bitdi. Qeyd edək ki, 14 noyabr saat 19:30-da Pullman oteldə play-off mərhələsinin püşkatma mərasimi baş tutacaq.  Püşkatma mərasimindən sonra, komandaların payız kubokunu qazanmaq  uğrunda keçirəcəyi oyunların cədvəli saytda dərc olunacaq.