Xəbərlər

13.11.2017

Qrup mərhələsinin ən yaxşıları

abl

Bombardirlər siyahısına başçılığı, 3 oyun ərzində 17 qol vuran Azersun komandasının oyunçusu, Eyyub Əfəndiyev edir. 
İkinci yerdə, Gilan Holding komandasının oyunçusu endirdiyi 10 qol ilə qərarlaşmışdır. İteca Caspian LLC komandasının oyunçusu Elçin Cuvarov endirdiyi 9 qol ilə siyahıda üçüncüdür.
Ən yaxşı məhsuldar ötürmələr edən assistentlər siyahısı isə növbətidir.
Siyahıda ilk olaraq Azersun komandasının oyunçusu Fərəc Fərzəliyev 11 məhsuldar ötürmə ilə qərarlaşmışdır. İkinci olaraq Universal komandasının oyunçusu Cavid İsmayılov 7, üçüncü olaraq İteca Caspian LLC komandasının oyunçusu 6 məhsuldar ötürmə ilə siyahıda yer almışdır.
İslam Həziyev (Timsport), İsmayıl Hüseynov (Azersun), Bəxtiyar Gözəlov (Gate Baku), Amid Cəfərov (Azersun), Vüqar Mehdiyev (Port of Baku), Elvin Gülmuradov (Gilan Holding), Asim Sarıyev (Silk Way Group) oyunçularını da, çempionatın yaxşıları siyahısında qeyd edə bilərik.
Azersun komandası qrup mərhələsində rəqib qapılarına 30 qol, Gilan və Universal komandaları 22 qol vurublar.
Gələn həftə play-off mərhələsinin oyunları start götürür. Həmin zaman ərzində, oyunlar zamanı fərqlənən oyunçular siyahısının necə dəyişildiyini müşahidə edə biləcəyik.