Xəbərlər

20.11.2017

"Azersun" komandasının AZFAR Biznes Liqasında uğuru

abl

ABL Cup 2017/18 turnirinin play-off mərhələsi bitdi. Qrup mərhələsi liderlik mövqeyində bitirən, Azersun komandası daim güclü oyun nümayiş etdirərək izləyicilərin rəğbətini qazana bilmişdir. Bu uğurun qazanılmasında, mükəmməl oyunu ilə seçilən Eyyub Əfəndiyevin böyük rolu var. Uşaqlıq illərindən futbola böyük həvəs göstərərək, idman bacarığının inkişafı üçün çalışan bombardirin, ABL Cup 2017/18 turnirinin qrup mərhələsindən sonra hesabında 17 qol var. Oyunçu turnir ərzində, əldə etdiyi bu nəticə ilə kifayətlənməyib, adını qaliblər sırasına yazdırmağa iddialıdır. Azersun şirkətindəki, 4 illik fəaliyyəti  ərzində oyunçunu, komanda ruhunun yüksəkliyi bir çox uğurlara imza atmağa həvəsləndirdi. 
Eyyub Əfəndiyevlə bərabər komandanın qələbəsi üçün çalışan oyunçulardan biri və turnirin qrup mərhələsinin ən yaxşı assistenti olan Fərəc Fərzəliyevi qeyd etmək istərdik. 11 məhsuldar ötürmə ilə, komanda yoldaşlarına qol imkanları yaradan oyunçu, komandasının qalibiyyəti üçün əzmlə çalışdı. 
Fərəc Fərzəliyevin hələ uşaq ikən futbola olan marağı, onu gələcəkdə bu sahədə uğur qazanmağa sövq etdi. Azersun şirkətində, 3 illik iş təcrübəsinə malik oyunçu, komandanın bir parçası olaraq, onu iştirak edəcəyi bütün turnirlərdə qalibiyyət zirvəsinə çatdırmaqda qərarlıdır.
ABL Cup 2017/18 turniri zamanı, Azersun komandasının oyunu izləyici marağına səbəb olur. Vurulan qollar, edilən məhsuldar ötürmələr, komandanı qələbəyə yaxınlaşdırır. Eyni zamanda komandasının qapısını toxunulmazlığını qoruyan, qrup mərhələsinin ən yaxşı qapıçısı kimi Amid Cəfərovu qeyd etmək istərdik. 
Komandanın uğurunun ilk zəmini, qapıçı sayəsində reallaşır. Amid Cəfərov, Azersun komandasının tərkibində çıxış edərək, ABL Cup 2017/18 turnirinin ən yaxşı qapıçısı mükafatını qazanmağda iddialıdır.
Beləliklə Azersun komandası, ASEP şirkətinin təşkil etdiyi biznes-liqanın iştirakçısı olaraq, heyətinə daxil olan güclü oyunçular ilə qələbəyə əzmlə irəlləyir. Komandaya play-off mərhələsində keçirəcəyi gələcək oyunlarında uğurlar arzu edirik.