Xəbərlər

23.11.2017

“Azecolab” komandası ABL Cup 2017/18 turnirinin qrup mərhələsini uğurla bitirdi

abl

 Güclü oyunçu tərkibi və düşünülmüş oyun taktikasına malik olan Azecolab komandası, hər üç rəqibini məglub edərək, qrup liderliyini qazandı.

Yaxşı texnikaya və dəqiq zərbələrə malik, eyni zamanda meydançada əsrarəngiz oyun nümayiş etdirən oyunçu heyəti ilə, izləyicilərin rəğbətini qazana bilən komandanın məşqçisi Abdulla Seydəliyevdir. Zədə alaraq, payız kubokunun yarışlarında iştirak edə bilməsə də, komandanın nizamlı şəkildə məşqlərinə nəzarət edərək, dəqiq oyun strategiyalarının hazırlanmasında bilavəsitə iştirak edir. Komandanın kapitanı, oyunlar zamanı heyyətdə liderlik keyfiyətləri ilə seçilən Murtuzəli Məmmədovdur. Elvin Əlizadə və Samir Bayramov, komandanın hücumlarının təşkilində və rəqib qapılarına qol vurmağda böyük rol oynayırlar. Sənan Zülfüqarov, Məmməd Zeynallı cinah mövqeyində çıxış edərək, etibarlı oyun və dəqiq uzaq ötürmələri ilə hücuma böyük dəstək verirlər.

Komandanın əsas furtbolçularından sayılan, meydançada dəqiq və çevik oyunu ilə fərqlənən Tale Haqverdiyev, turnirdə keçirdiyi oyunlar zamanı məhsuldar ötürmələri ilə yadda qalıb.

Oyunlar zamanı bütün mövqelərdə çıxış edən, eyni zamanda komandanın təşkili məsələlərində aktiv çıxış edən Rövşən Osmanov, dəqiq ötürmələri ilə fərqlənən Elnur Rəhimov, cəld oyun sərgiləyən Rövşən Ələkbərov komandanın uğurlu çıxışları üçün əlverişli zəmin yaradırlar.

Qapıçı olaraq ən məsuliyyətli mövqeni layiqincə yerinə yetirən Toğrul Şəkərli və komandanın müdafiə mövqeyinin əsas oyunçusu Ruslan Hüseynov, qrup məhələsində etibarlı və özünə inamlı oyunla yadda qalıblar.

Komanda play-off mərhələsinin oyunlarına hazırlıqlarını davam etdirir və ABL Cup 2017/18 turnirində adını qaliblər sırasına yazdırmaq iddiasındadır.