Xəbərlər

25.11.2017

ABL Cup 2017/18 turnirinin, play-off mərhələsinin ilk oyunları baş tutdu

abl

25 noyabr ASEP şirkətinin təşkilatçısı olduğu ABL Cup 2017/18 turnirinin play-off mərhələsinin ilk gününün oyunlarına start verildi.Play-off mərhələsində 17-32-ci yerlər uğrunda mübarizə aparacaq komandalar ilk oyunlarını keçirtdilər. 
Gate baku və Amrahbank komandalarının oyunu, Gate baku komandasına texniki qələbənin verilməsi və 3-0 hesabı ilə başa çatdı.
Azergold və GT Solutions komandalarının oyunları, yüksək hərarətli dəqiqələr və oyunçuların qələbə uğrunda oyun meydançasındakı mübarizəsi ilə yadda qaldı. GT Solutions komandasına oyun ərzində iki sarı və bir qırmızı kart verilməsinə baxmayaraq qələbə qazanaraq, oyunu 3-4 hesabı ilə başa çatdırdı.
Norm Sement və Gənclər və İdman Nazirliyinin komandalarının oyunu, Norm komandasına verilən texniki qələbə və 3-0 hesabı ilə yekunlaşdı.
VTB və DDLAR Group komandalarının qarşılaşması, hər iki komandanın aktiv oyunu ilə fərqləndi. Keçirilən bu oyun, VTB komandasının 5-1 hesablı qələbəsi ilə başa çatdı. 
TimSport və TreMiDa komandalarının keçirdiyi oyun Timsport komandasının üstünlüyü və 4-3 hesabı ilə bitdi.
Gün ərzində ən maraqlı və yadda qalan oyunlardan biri kimi Gesco və Pullman komandalarının qarşılaşması olub. Gesco komandası meydanda maraqlı oyun nümayiş etdirməklə yanaşı, qayda pozuntularına yol verilməsi ilə əlaqədar üç sarı kart ilə cəzalanıb. Pullman komandası son ana qədər, əzmlə rəqibin endirdiyi qol zərbələrinə cavab olaraq, hesabı 5-7 çatdıraraq, qələbə qazanıb.
Günün son oyunu Bakcell və Deloitte komandaları arasında baş tutub. Hər iki komanda yüksək-ruh yüksəkliyi ilə meydançada mübarizə aparıb və nəticə etibari ilə oyun Bakcell komandasının üstünlüyü və 5-3 hesabı ilə başa çatıb. 
Beləliklə play-off mərhələsinin ilk günü başa çatıb. 26 noyabr ABL Cup 2017/18 turnirinin play-off mərhələsinin ikinci günü, 1-16 cı yerlər uğrunda mübarizə aparacaq komandalar arasında baş tutacaq.
Komandaların turnirdəki mövqeləri və qələbə uğrundakı mübarizələrinin bütün məqamlarını, rəsmi saytda və facebook səhifəsində ətraflı əks olunmaqdadır.