Xəbərlər

28.11.2017

1/8 oyunları zamanı fərqlənən oyunçular

abl

ABL Cup 2017/18 turnirinin 1/8 oyunlarının bitdiyi bir ərəfədə, meydançadakı qarşılaşmalar zamanı yadda qalan oyunçuları, bir daha qeyd etmək istərdik. 
Azersun komandasının oyunçusu Eyyub Əfəndiyev, Fərəc Fərzəliyevlə sərgilədikləri oyun nümunəsi ilə yenidən meydançada seçildilər. Həmişəki kimi Azersun komandası Biznes-liqaya qatıldığı ilk oyunlardan, dəqiq oyunu ilə lider mövqeyinə yüksəlməyə nail ola bilən bir komandadır. Turnir ərzində komandanın hesabında 36 qol toplanmışdır.
Gilan komandasının oyunçusu Emin Əliyev vurduğu qol zərbələri və Ravi Rəhmanovun məhsuldar ötürmələri ilə komandalarına qələbə qazandıra biliblər. Hal-hazırda komandanın hesabında 31 qol müşahidə olunur.
Güclü heyətə malik Universal komandasının oyunçusu Cavid İsmayılov, aktiv oyunu ilə meydançada seçilərək, vurduğu 4 qol və etdiyi 2 məhsuldar ötürmə ilə komandanın uğuruna bir daha öz imzasına atmağa nail olub. Universal komandasının turnir ərzində ümumi hesabında 27 qol var.
ATL Tech komandasının oyunçularının, son qarşılaşma zamanı sərgilədiyi oyun, böyük marağa səbəb olub. Oyun zamanı baş verən zədələrə baxmayaraq, komanda heyyəti mükəmməl şəkildə rəqib komanda üzərində üstünlüyü əldə edə bilib. Əlavə təyin olunan vaxt ərzində endirdiyi iki qol zərbəsi, ATL Tech komandasına qələbə gətirdi. Endirilən qolların müəllifləri, Rəfail Vəliyev və Anar Heydərlidir.
Hücumçular, assistentlər ilə yanaşı komanda qapıçılarının uğurlarını da, qeyd etmək zəruridir. Polatyol komandasının qapıçısı Vüsal Yaqubov, aldığı zədəyə ramən, rəqib komandanın zərbələrini geri qaytarmağı bacardı. Keçirdiyi oyunlar ərzində, Amid Cəfərov (Azersun), Toğrul Şəkərli (Azecolab), Elvin Gülmuradov (Gilan Holding), Müslüm Müslümzadə (Buta Palace), Nicat İbrahimov (Universal) komanda qapılarını qoruyaraq, seçilən oyunçular siyahısında yer aldılar. 
 1/4 oyunlarına sayılı günlər qalıb, komandaların gələcək oyunları zamanı hansı oyunçuların fərqlənəcəyini daha sonra izləyə biləcəyik.