Xəbərlər

29.11.2017

ABL Cup 2017/18 turnirinə cəlb edilən könüllülər dəstəsi

abl

ABL Cup 2017/18 turnirinin keçirilməsi zamanı, təşkilatçı ASEP(Azfar Sport Events & Promotion) şirkəti tərəfindən  könüllülər dəstəsi qismində, Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının tələbələri cəlb edilmişdir. Keçirilən təlimlərdən və imtahandan sonra könüllülər dəstəsinnə, “Statist” sertifikatı təqdim edilmişdir. 
İdman oyun növləri fakultəsinin 1-ci və 2-ci kursunun futbol ixtisası üzrə təhsil alan tələbələri: Qəlbinur İsmayılov, Kamran Qasımlı, Nurəli Zülfüqarlı,Vüsal Məmmədzadə, Ömər Tanrıverdi, Emin Hacıyev  idman tədbirlərinin düzənlənməsində aktiv iştirak edirlər. ABL Cup 2017/18 turnirinin oyun statistikasının aparılması kimi mühüm öhdəlikləri statistlər tərəfindən həyata keçirilir. Oyunlar zamanı, operativ və dəqiq məlumatın əks olunması üçün, ASEP(Azfar Sport Events & Promotion) şirkəti statistlərin beynəlxalq kateqoriyalı hakimlər tərəfindən təlim keçməsini prioritet məsələ kimi təyin edib. Məhz bu səbəbdən tələbələr təcrübəli hakimlər tərəfindən düzənlənən təlim məşqlərində iştirak edərək, təcrübə toplayıblar. Könüllülərin bir qismi oyunlar zamanı, meydançada statistikanın aparılması, digərləri isə komandaların qarşılanması və sairə işlərdə aktiv iştirak edirlər. 
Turnir bitdikdən sonra, təşkilatı işlərdə aktiv iştirak edən könüllülər sertifikatlar, hədiyyələr və pul mükafatları ilə təltif olunacaqlar. Bu, onların gələcəkdə idman sahəsində əldə etdiyi uğurların ilk nümunəsi olaraq göstəriləcəkdir.
ASEP (Azfar Sport Events & Promotion) şirkəti təşkilatçı olaraq, idman sahəsində bacarıqlarını püxtələşdirmək istəyən gənclərə hər zaman dəstək olur, təşkilatçısı olduğu bütün layihələrdə, idmana meyilli gənclərinin iştirakını təmin edir. Bu da Azərbaycan gəncliyinin idmana olan marağının inkişafı üçün yaradılan mükəmməl bir zəmindir.