Xəbərlər

29.11.2017

Komandalara xəbərdarlıq

abl

ABL Cup 2017/18 turnirinin 1/8 final oyunları gərgin mübarizə şəraitdə keçdi. Hər bir komanda qələbə qazanmağa çalışır və bəzən həm oyun zamanı, həm də meydançadan kənarda, emosiyalar coşan zaman, etik-qaydalara riayət edilmir . Bunun sübutu olaraq , bazar günü keçirilən oyunlar zamanı müşahidə edilən qeyri-etik ifadələrin səslənməsi, rəqib komandanın oyunçularına və hakimlərə qarşı yönəldilən aqressiv münasibət hallarını göstərmək olar. ABL Cup 2017/18 turnirinin təşkilat komitəsi, komanda üzvlərinə qeyri-etik ifadələr istifadə etməməyi tövsiyyə edir. Belə ki, oyunlar zamanı ATV kanalının komandası çəkiliş aparır və lentə alınan kadrlar, şənbə günü efirdə biznes-liqanın gündəliyində yayımlanır. Xatırladaq ki, əsasnamədə qeyd olunan qaydaların pozulması faktları olarsa oyunçular cəzalandırıla bilərlər.