Xəbərlər

30.11.2017

İteca Caspian komandasının ABL Cup 2017/18 turnirindəki iştirakı

abl

Azərbaycan Respublikasında sərgi və konfransların lider təşkilatçısı olan İteca Caspian şirkəti qrup mərhələsində 2-ci yeri tutaraq, mini-futbol üzrə ABL 2017/18 Payız Kubokunun 1/8 finalına çıxmışdır.
Oyunçuların mütəmadi məşqləri komandanın belə bir nəticəyə nail olmasına səbəb oldu. Müxtəlif peşə sahibləri olan komanda üzvlərini hər oyunda qələbə qazanmaq məqsədi birləşdirir. Hər cümə axşamı komandanın üzvləri bir araya gələrək öz oyun bacarıqlarını təkmilləşdirirlər. Korporativ futbol oyununa şirkət rəhbərliyi də hərtərəfli dəstək verir.  
Meydanda oyunçuların əlaqəli oyununa kapitan Elşən Mustafayev cavabdehdir. Komandanın bombardiri Elçin Cuvarov rəqib komandaların qapısına artıq 9 qol vurmağa nail olmuşdur.
Kəskin ötürmələri və dəqiq zərbə ilə hücumu yekunlaşdırmağı hücumçular Arif Sərxanlı, Afiq Mirzəyev və İlqar Hüseynov bacarırlar.
Turnirin əvvəlindən yarımmüdafiəçilər stabil oyun nümayiş etdirirlər. Müdafiəçilər Emil Qəmbərov, Eldar Şahnamazlı və Ruslan Şeqolkov rəqiblərin xal qazanmağına böyük cəhdlə imkan vermirlər. Öz döyüşkən keyfiyyətləri ilə qapıçılar Şöhrət Ələkbərov və Fərid Mirzəyev (ikinci qapıçı) seçilirlər. Nisbətən qısa müddət ərzində oyunçuların bu tərkibdə oynamağına baxmayaraq, komanda dinamik və layiqli oyun nümayiş etdirir.
Sevindirici haldır ki, İteca Caspian şirkətinin komandası səliqəli oyun nümayiş etdirdiklərinə görə yüksək qiymətləndirilmişdir. Xeyirli və səmərəli iş mükəmməl bir vəhdət təşkil edir, futbol oyunu isə yeni enerji mənbəyi olaraq, oyunçuların gündəlik iş fəaliyyətlərinə ötürülən bir yeni gücdür.
Kapitan Elşən Mustafayev: “Biz bacardığımız kimi oynayırıq, lakin əsas odur ki, oyundan zövq alırıq. Biz futbol meydançasında istirahət edirik. 
Komandalarda sadə icraçılardan tutmuş şöbə müdirləri vəzifəsində çalışan əməkdaşlara kimi var. Lakin meydanda hər birimiz bərabərik. Bütün turnir iştirakçılarına uğur arzulayırıq. Qoy güclü olan qalib gəlsin!”