Xəbərlər

01.12.2017

Növbəti oyunların anonsları

abl


Şənbə günü 17-32-ci yerlər uğrunda oyunlar start götürür. Komandaların birincilik uğrunda mübarizə aparmamasına ramən, oyunlardakı hərarət səngiməyib. Turnirin reytinq cədvəlindəki mövqeyi və statistik göstəricilərin yüksək olmağı üçün mübarizə aparılır. Bu nəticələr əsasında, yaz kubokunun qrup-mərhələsi zamanı rəqiblərin kor püşkatma keçirilmədən, müəyyən olunacaq. Biznes-liqanın iştirakçıları ilə maydançada qarşılaşmaq, oyunçuların müsbət təsir göstərəcəkdir. Rəqibin oyun imkanlarının, taktiki xüsusiyyətliyini və güclü tərəflərini müəyyən etmək üçün, mükəmməl bir fürsətdir. Məhz bu səbəbdən, ASEP (Azfar Sport Events &  Promotion) şirkəti, iştirakçı komandalara keçirilən müxtəlif mərhələlərdən sonra turnirdəki iştirakının davamını təmin edir. Təkcə say etibarı ilə oyunlar deyil, eyni zamanda məşqlərində sayı artıb. Bu da, komandanın oyun  taktikasına və fiziki göstəricilərinə müsbət təsir göstərəcəkdir. 
Biznes liqa izləyiciləri,bazar günü keçirilicək 1/4 final oyunlarını səbrsizliklə gözləyir. Məhz bu gün payız kuboku uğrunda mübarizə davam edəcək. Gilan Holding  və Azersun komandasının qarşılaşması böyük marağa səbəb olacağı gözlənilir. Güclü heyət, dəqiq oyun taktikasına malik iki komanda, qələbəyə gedən yolu addım-addım keçiblər. Amma kubok uğrundakı mübarizəni, yalnız bir komanda davam edəcək. 
Oyunları daima izləyən, futbol üzrə mütəxəssislər ilk proqnozlarını veriblər. Bəzisi Gilan Holding komandasının dəqiq oyununu, digərləri isə Azersun komandasının hücum taktikasından söz açıblar. Komandaların oyunlarını hətta Qarabağ və Qəbələnin mübarizəsinə belə bənzədiblər. Keçiriləcək qarşılaşmanın nəticələri hələ məlum deyil. Oyun zamanı, güclü komanda müəyyən olunacaq. 
1/4 final oyunları zamanı qarşılaşan digər komandaların oyunlarının da, maraqlı keçəcəyi güman edilir. 
Universal komandası, Muğanbank komandası ilə qarşılaşacaq. 1/4  final oyunlarında çıxış edəcək ATL Tech komandası, turnirin güclü komandalarından biri olan Azecolab komandası ilə qarşılacaq. Ümid varıq ki, alınan zədələrə baxmayaraq, komanda tam heyət ilə oyuna qatıla biləcək. 
Muğambank və Buta Palace, rəqib komandanın turnirdəki gələcək mövqeləri uğrunda kı, mübarizəsi də, izləyici marağına səbəb olacaq.  
 Bazar günü eyni zamanda, 8-ci 16-cı yerlər uğrunda mübarizə aparacaq komandaların da, oyunları keçiriləcək: City taxi- M Group Production, Təmiz Şəhər-Silk Way, KaTv1-İteca Caspian, Port of Baku-Embawood.
Oyunların nəticələrini, turnirin rəsmi saytında  www.abl.az  izləyə bilərsiniz. Bütün komandalara, keçirəcəkləri oyunlarda uğurlar arzu edirik.