Xəbərlər

02.12.2017

17-32-ci yerlər uğrunda növbəti oyunlar keçirildi

abl

2 dekabr ASEP (Asep Sport Events Promotion) şirkətinin təşkilatçısı olduğu ABL Cup 2017/18 17-32-ci yerlər uğrunda oyunlar başladı. 
İlk oyun DDLAR  Group və Smart System Technology komandaları arasında baş verdi. DDLAR Group komandası, rəqib qapısına bir-birinin ardınca 8 qol vurmağa nail oldu.  0-8 hesabı ilə qələbəyə DDLAR Group komandası imza atdı. 
Son zamanlar Pullman komandası, meydançada aktiv oyunu ilə nəzərə çarpır. Çevik oyunu ilə komanda bu dəfə də, rəqib üzərində üstünlüyü əldə edə bildi. Pullman və Timsport komandalarının oyunu, 9-3 hesablı Pullman komandasının qalibiyyəti ilə bitdi. 
Gate Baku və GT Solutions komandaları, meydançada maraqlı bir oyun sərgiləməyi bacardılar. Gate Baku komandası, rəqib komandasına 9 qol vuraraq, qələbə qazandı. Oyun 9-2, Gate Baku komandasının qələbəsi ilə başa çatdı.
Kapitalbank və VTB komandalarının arasında baş verən oyun zamanı meydançada gərginlik hiss olunurdu. Hər iki komandanın var gücü ilə mübarizə aparmasına ramən, 2-1 hesabı ilə Kapitalbank qələbə qazandı.
Norm və Bakcell komandalarının oyunu, iki rəqib komandanın bərabər əzmkarlıqla qalibiyyət uğrunda mübarizə aparması ilə yadda qaldı. Bu oyun Bakcell komandasının 1-2 hesablı qələbəsi ilə başa çatdı.
3 oyunun baş tutmaması ilə əlaqədar  TreMiDa, Azergold və Deloitte komandalarına texniki qələbə verilib. 
3 dekabr tarixində, payız kuboku uğrunda mübarizənin ¼ final oyunları start götürəcək. Oyunların maraqlı anlarını, turnirin rəsmi saytında izləyə bilərsiniz www.abl.az.