Xəbərlər

03.12.2017

1/4 final oyunları keçirildi

abl

3 dekabr ABL Cup 2017/18 turnirinin ¼ final oyunları keçirildi.
İlk oyun Buta Palace və Polatyol komandaları arasında baş verdi. Daim maraqlı oyun nümayiş etdirən Buta Palace komandası, meydançada qalibiyyət uğrunda əzmlə mübarizə aparıb. Güclü rəqib Polatyol komandası, 3-6 hesab ilə qələbə qazanıb. 
Təmiz Şəhər və Silk Way komandalarının qarşılaşması zamanı, Silk Way komandası 0-1 hesabı ilə üstünlüyü əldə edə bilib. 
Dəqiq oyunu və güclü heyəti ilə seçilən Azecolab və ATL Tech komandası ilə oyunu zamanı, 7-1 hesabı ilə Azecolab komandası növbəti qalibiyyətinə imza atıb.
City Taxi və M Group komandalarının oyunu zamanı, meydançada əsl mübarizə sərgilənirdi. Oyunun ilk hissəsində City Taxi komandası üstünlük qazansa da, ikinci hissənin başlaması ilə vəziyyət dəyişdi. M Group Production komandası, rəqib komandasının qapılarına  4 qol endirərək, 3-4 hesabı ilə qələbə qazanmağa nail oldu.
Maraqla gözlənilən Gilan Holding və Azersun komandalarının oyunu baş tutub. Meydançada daim güclü oyun nümayiş etdirən Azersun komandası, payız kuboku uğrunda aparılan mübarizəyə bir addım da yaxınlaşdı. Azersun komandası 1-7 hesabı ilə qələbə qazandı.
KaTv1 və İteca Caspian komandalarının oyunu zamanı, hər iki komanda meydançada var gücü ilə mübarizə apardı. Oyun 2-3 hesabı ilə İteca Caspian komandasının qələbəsi ilə başa çatdı.
Universal və Muğanbank komandalarının qarşılaşması zamanı, Universal komandası rəqib komandanın qapılarına ardı-ardına 6 qol vurmağa nail olub. Oyun 6-2 hesabı ilə, Universal komandasının üstünlüyü ilə bitdi.
Port of Baku və Embawood  komandalarının qarşılaşması izləyici marağına səbəb olub. Hər iki komanda oyunun son məqamlarına qədər, mübarizə aparıblar. Oyun 7-6 hesabı ilə Port of Baku komandasının qələbəsi ilə başa çatdı.
ASEP (Asep Sport Events & Promotion) şirkətinin təşkilatçısı olduğu ABL Cup 2017/18 turnirinin payız kubokunun finalına sayılı günlər qalıb. Turnirin bütün maraqlı məqamlarını hər şənbə ATV kanalında yayımlanan ABL Cup 2017/18 gündəliyinin buraxılışı zamanı izləyə bilərsiniz.