Xəbərlər

12.12.2017

10 dekabrda keçirilən oyunların nəticələri

abl

10 dekabr ABL Cup 2017/18 turnirinin növbəti oyunları keçirildi. Eyni zamanda finala vəsiqə qazanan komandalar müəyyən oldular. 
İlk oyun Buta Palace və ATL tech komandaları arasında baş tutdu. Meydançada maraqlı oyun sərgiləyən rəqib komandalar, qələbə uğrunda mübarizəni əzmlə aparıblar. Hər iki komanda, rəqib qapılarına ardı-ardına qol vuraraq, hesabı bərabərləşdirməyə nail olub 3-3. Təyin edilən cərimə zərbələri nəticəsində ATL Tech komandası, güclü rəqibinə qalib gəlməyi bacarıb.
Gilan Holding komandası meydançada, Muğanbank komandası ilə qarşılaşdı. Komandaların mübarizəsi 5-2 hesabı ilə Gilan Holding komandasının üstünlüyü ilə başa çatdı. 
M Group Production və Silk Way Group komandalarının oyunu marağa səbəb oldu. Hər iki komanda, meydançada aktiv oyun nümayiş etdirdilər. Rəqibin vurduğu qoldan sonra, M Group Production komandası hücuma keçərək, 2-1 hesabı ilə rəqib komanda Silk Way Group komandasına qalib gəlməyə nail olub. 
İteca Caspian LLC və Port of Baku komandalarının oyunu, maraqla qarşılanıb. Komandalar, rəqiblərinə qarşı apardıqları mübarizənin nəticəsi kimi ardı-ardına qol zərbələrini bir-birilərinin qapılarına endiriblər. Nəticədə 5-3 hesabı ilə İteca Caspian LLC komandası qələbə qazanıb. 
Polatyol və Azecolab komandalarının oyunu, gərgin şəraitdə keçdi. Buna baxmayaraq, oyun maraqla qarşılanıb və Azecolab komandası rəqib üzərində 4-7 hesabı ilə üstünlük qazana bilib. 
Günün maraqla qarşılanan oyunu Azersun və Universal komandaları arasında baş tutub. Azersun komandası, adəti üzrə meydançadan qələbə ilə ayrılmağa nail olub. 7-0 hesabı ilə Azersun komandası, Universal komandasına qalib gəlib. 
Təmiz Şəhər və KaTv1 komandalarına isə texniki qələbə verilib. 
Beləliklə 10 dekabr tarixində keçiriləcək oyunların nəticələri məlum olub və www.abl.az saytında yerləşdirilib.