Xəbərlər

10.12.2017

9 dekabr ABL Cup 2017/18 turnirinin 17-32-ci yerləri uğrunda növbəti oyunları keçirildi

abl

VTB və Norm komandalarının oyunu maraqlı məqamları ilə yadda qaldı. VTB komandası çevik oyunu ilə diqqət çəkdi. Rəqib qapısına 6 qol vurmağa nail olan komanda, sona qədər mübarizə aparsada, qələbəni 6-9 hesabı ilə Norm komandası əldə etdi. 
Pullman və Gate Baku komandalarının qarşılaşması Gate baku komandasının, rəqib komanda qapısına 9 qol vuraraq, qələbə qazanması ilə nəticələndi. Oyun 0-9 hesabı ilə Gate Baku komandasının xeyrinə bitdi. 
Timsport və GT Solutions komandalarının qarşılaşması, Timsport komandasının 9-1 hesablı qələbəsi ilə başa çatdı.
TreMiDa və Azergold komandalarının oyunu, TreMiDa komandasının rəqib qapısına endirdiyi 4 qol ilə yekunlaşdı. TreMiDa komandası 0-4 hesabı ilə Azergold komandasına qalib gəldi. 
Gesco, Deloitte və Smart System Technology komandalarına texniki qələbə verildi. 
9 dekabr tarixində keçirilən oyunların yekun nəticələri, turnirin rəsmi saytı www.abl.az əks olunub.