Xəbərlər

13.12.2017

17 dekabr ABL Cup 2017/18 turnirinin payız kubokunun final oyunları keçiriləcək

abl

17 dekabr saat 19:00-da, Bakı Tennis Akademiyasında ABL Cup 2017/18 turnirinin payız kubokunun 3-cü yer uğrunda və final oyunları keçiriləcəkdir. Final oyunu bitdikdən sonra  Biznes-liqanın qaliblərinin mükafatlandırma mərasimi baş tutacaq. Turnirə böyük marağın olduğunu nəzərə alaraq, final və 3-cü yer uğrunda oyunların keçirilməsi üçün tamaşaçı yerləri olan arena seçilmişdir. ABL Cup 2017/18 turnirinin təşkilatçısı ASEP (Azfar Sport Events & Promotion) şirkətini Biznes-liqa iştirakçıları olan komandaları və azərkeşləri oyunları izləməyə dəvət edir.
Qeyd edək ki, 3-cü yer uğrunda mübarizə Polatyol və Universal, final oyunu isə Azecolab və Azersun komandaları arasında aparılacağdır. 
Oyunlar ATV kanalı tərəfindən lentə alınacaqdır. Biznes liqanın bütün məqamlarını turnirin facebook səhifəsində, youtube kanalında  və rəsmi saytında www.abl.az daha ətraflı şəkildə izləyə bilərsiniz. 
ABL Cup 2017/18 turnirinin izləyiciləri üçün final oyunlarına giriş saat 18:30-dan etibarən olacaqdır. Oyunlar Bakı şəhəri, Binəqədi r-nu, 8-ci mk-n, İbrahimpaşa Dadaşov, 157 ünvanında yerləşən Bakı Tennis Akademiyasında keçiriləcək.