Xəbərlər

18.12.2017

Azfar Biznes liqanın qalibi Azersun komandasıdır

abl

ABL Cup 2017/18 turnirinin payız kubokunun çempionu məlum oldu. Payız kubokunun qalibi, rəqibi Azecolab komandasına 4-2 hesabı ilə qalib gələn Azersun komandası oldu.
3-cü yeri, Polatyol komandasına 6-4 hesabı ilə qalib gələn, Universal komandası qazandı. Final oyunlarının, azərkeşlər və izləyicilər tərəfindən böyük maraqla qarşılanması, turnirin finalını əsl bayrama çevirdi.
Mükafatlandırma mərasimində, turnirin təşkilatçıları qaliblərə medallar və təltifnamələr təqdim etdilər. Payız kubokunun qalibi Azersun komandasını, ASEP şirkətinin direktoru Andrey Sarıçev kubok ilə mükafatlandırdı. Gilan komandası “Fairplay” mükafatının sahibi oldu. Xüsusi mükafatlar ilə: turnirin ən yaxşı qapıçısı Amid Cəfərov, assistenti Fərəc Fərzəliyev və bombardiri Eyyub Əfəndiyev təltif olundular.
Turnirin tərəfdaşları və sponsorları da kənarda qalmayıblar. Belə ki, baş sponsor Azfar Group şirkəti qalib komanda Azersun-a, 3 ay ərzində Azfarın mini-futbol meydançalarında pulsuz məşq  etmək üçün  sertifikat təqdim edildi. Azecolab komandasına 2 aylıq, Universal  komandasına isə öz növbəsində, bir aylıq pulsuz məşq imkanı verən sertifikatlar  verildi. 
Həyat Clinic, turnir ərzində komandalara tibbi yardım göstərməklə yanaşı, öz mükafatına da təqdim edib. Turnirin qalibi Azersun komandasının hər oyunçusu 300 AZN məbləğində tibbi müayinə sertifikatı ilə təltif olundu. 2-ci yerini tutan Azecolab komandasının oyunçuları 200 AZN, 3-cü yerdə qərarlaşan Universal komandasının oyunçularına isə 100 AZN məbləğində tibbi müayinə sertifikatı ilə təltif olundular.  
Biznes-liqanın rəsmi tərəfdaşı olan Pullman Baku, qalib komandaya öz hədiyyəsini təqdim edib. Komandanın hər oyunçusu, oteldə bir gün ərzində idman zalından, üzgüçülük hovuzundan, spa və əyləncə mərkəzinindən sərbəst istifadə edə bilər.
Azfar Biznes Liqasının təşkilatçıları, qalib komandaları bir daha təbrik edir. Tezliklə Biznes-liqanın iştirakçı komandalarına, çempionatın perspektivləri və statusu haqqında yeni məlumatlar  veriləcəkdir. ASEP şirkətini yaxın gələcəkdə yeni layihələri ilə yenidən gündəmə gələcək.