Xəbərlər

21.12.2017

ASEP-in baş direktoru Andrey Sarıçev : Azərbaycanda mini-futbol- böyük imkanlar deməkdir

abl

-Andrey Aleksandroviç, ASEP şirkəti,onun əsas vəzifələri və məqsədləri haqqında danışın.

 -ASEP...Mənim dostlarımın çoxu  fikirləşirlər ki, şirkətin bu cür adlandırılması  mənim adımın və soyadımın baş hərfləri ilə bağlıdır. Əslində isə elə deyil. ASEP şirkəti AZFAR GROUP-un bazasında yaradılmışdır və  AZFAR Sport Events & Promotion mənasını verir, əsas fəaliyyət növü  isə idman tədbirlərinin təşkili ilə bağlıdır. Məlum olduğu kimi AZFARGROUP 8 ildir ki,ölkədə müvəffəqiyyətlə fəaliyyət göstərir və mini-futbol xidməti sahəsində ən öndə gedən şirkətlərdəndir. Buna sübut təkcə çoxsaylı lokasiyalar və meydançalar deyil – 15 lokasiya və 30 meydança(dəqiqləşdirir) ,eyni zamanda inkişaf etmiş infrastruktura və yüksək səviyyədə xidmət göstərməyimizdir. 
   Bütün bunlar çoxsaylı  Azərbaycan gənclərinin mini-futbola cəlb edilməsinə, bu idman növünün geniş yayılmasına  və  müxtəlif  yaş qrupları   və təbəqlər üçün əlçatan olmasına kömək etmişdir. 
   Bizim fəaliyyətimizin əsas istiqamətləri mini-futbol idmanını inkişaf  etdirmək  , bu idman növünə cəlb edilmiş insanlar üçün yeni ideyalar və layihələr   hazırlamaq  və mini-futbola daha çox  azərkeş cəlb edilməsi mexsanizminin hazırlanmasından ibarətdir.  Mini-futbolun ümumi inkişafı məqsədləri üzrə müəyyən öhdəliklərin bir hissəsi ASEP-ə  həvalə olunmuşdur. Lakin əsas fəaliyyət sahəmiz müxtəlif  idman növləri üzrə tədbirlərin təşkil edilməsi, idman turizmi və idman marketinginin inkişafı, idmana qoyulan investisiyaların cəlb edilməsi və əlbəttə də ki, sağlam həyat tərzinin  təbliğ edilməsi olaraq qalır.

-Biznes Liqanın təşkili və keçirilməsində əsas məqsəd nədir?
-Uğurlu şirkətlər öz müvəffəqiyyətlərini təkcə ölkə bazarında inkişaf  etdirmirlər, eyni zamanda öz əməkdaşlarının sağlam həyat tərzi üçün yaxşı bünövrə qururlar.
    Ölkədə keçirilən bir neçə idman tədbirləri təcrübəsi göstərir ki, bir çox şirkətlərin gön- dərdiyi nümayəndələrə şirkətin sosial və idman nüfuzunu  qorumaq  şərəfi nəsib olmuşdur. Bu yaxşı göstəricidir ki, şirkətlərin müasir rəhbərləri həm öz əməkdaşlarının ,həm də bütövlükdə şirkətin idman göstəriciləri məsələsinə diqqətlə yanaşırlar.
   Belə şirkətlərin əməkdaşları özlərinin sabit gəlir əldə edən uğurlu insanlar  kimi təqdim etməklə yanaşı həm də fiziki cəhətdən inkişaf edirlər, bu isə ölkəmizdə gənclərin və yeniyetmələrin nümunə götürə bilməsi üçün əla misaldır.
    Bu çempionatın fəlsəfəsini hazırladığımız zaman ,biz bu aspekti əsas götürdük və qarşıya qoyulan vəzifələrdən biri də o oldu ki, korporativ sektorun qəhrəmanlarını  cəmiyyətimizə  tanıtdıra bilək .
  Biz İT sahəsində aparıcı mütəxəssisləri  və futbol mütəxəssislərini layihəyə cəlb etdik, bu giqantların tandemi qarşısında qoyduğumuz vəzifələrdən irəli gələrək ,yarışların xüsusi saytı WWW.abl.az. hazırlandı.
  Bu saytın sayəsində ölkənin hər bir sakini şirkətin fəaliyyət istiqaməti, çempionatın iştirakçıları, bu və ya digər komandanın tərkibi, komandaların ayrı - ayrı oyunçuları ilə tanış olmaq imkanı qazandılar.
  Bununla korporativ sektorun qəhrəmanları geniş əhali təbəqəsi arasında tanındılar.Bizim  sayta daxilolmaların statistikası, azərkeşlər tərəfindən  artan marağ bunu sübut etdi.
  Buna daha bir misal olaraq,şempionatın müxtəlif mərhələlərində azərkeşlərin artan sayını və çempionatın final oyunlarında rekorda sayda azərkeşlərin olmasını göstərmək olar.
  Bütün bunlar korporativ sektorun idman həyatında nüfuz qazanması məsələsinə bizim tərəfimizdən  düzgün yanaşmanın mövcudluğunu  təsdiq etdi.
  Biz inamla Biznes Liqanın ilk iştirakçılarını, idman nailiyyətlərimizin və ümidlərimizin səfirləri, ölkənin idman gücünün təbliğatçıları adlandıra bilərik. Və bu mini-futbol yarışları vasitəsilə qazanıldı .
Xüsusi olaraq , informasiya sahəsindəki tərəfdaşlarımıza minnətdarlığımı bildirmək  istəyirəm, onların sayəsində  çempionat KİV-lərdə geniş işıqlandırıldı. Bunun sayəsində biz həvəskar çempionatı yeni yüksək mərhələyə qaldıra bildik.

-Nəyi isə ilk dəfə həyata keçirmək  şərəfli olmaqla yanaşı tarixə düşür, həm də böyük məsuliyyət tələb edir. İştirakçıların özləri çempionatı necə qiymətləndirdilər? 

-Bütün çempionat ərzində biz  komandalarımızdan məsləhət, xahiş və şikayət məktubları alırdıq. Heç bir şikayət diqqətsiz qalmırdı . Təşkilat Komitəsi çempionatın reqlament qay- dalarına uyğun maksimum dərəcədə bütün şikayətləri  vaxtında araşdıraraq ən ədalətli qərarlar qəbul edirdi.
 O ki ,qaldı məsləhət və xahişlərə , biz yaxın vaxtlarda komandaların nümayəndələri ilə birlikdə texniki iclas keçirməyi planlaşdırırıq və orda punktlar üzrə reqlamentə baxılacaq, qeydiyyatın yeni qaydaları təsdiq ediləcək, hakim korpusuna intizam sanksiyalarının tətbiq edilməsi qaydaları müzakirə ediləcək, oyunçuların peşəkar fəaliyyəti və bir çox başqa məsələlərə baxılacaqdır.
Əsas məqsədimiz, Biznes Liqanın statusunun gücləndirilməsi, yeni komandaların cəlb edilməsi, korporativ komanda mədəniyyətinin inkişaf etdirilməsi və mini-futbol üzrə beynəlxalq qaydalara uyğunlaşmaqdır. Komandalarla birgə konstruktiv işbirliyi bizə əla nəticələr qazanmağa kömək edəcək və Biznes Liqa iştirakçıları üçün yeni üfüqlər açacaqdır.
 Yarışlar göstərdi ki, korporativ futbol klublarının inkişafı üçün şirkət böyük marağ və potensiala malikdir.
 Yarışlar müəyyən edilmiş standartlara uyğun gələn komandaları aşkar etdi. Belə  komandalarla işləmək xoşdur, onlar Biznes Liqanın digər üzvləri üçün nümunə ola bilərlər və əlbəttə ki, liqaya yeni komandalar da cəlb edə bilərlər. Hazırda, Biznes Liqanın yaz sessiyasında iştirak etmək üçün bir neçə komanda bizə müraciət etmişdir. 
 Danışıqlar  mərhələsi başa çatdıqdan sonra  biz yeni komandaların siyahısını və tərkiblərini dərc edəcəyik.
-Siz tez-tez “yeni üfüqlər” məvhumunu işlədirsiniz, bu Azərbaycan mini-futbol Assosasiyasının (AMFA) fəaliyyətə  başlaması ilə əlaqədardırmı?

-Şübhəsiz! AMFA Azərbaycanda mini-futbolun qloballaşmasının əsasını qoyacaq, bu id- man növündə öz gücünü sınamaq arzusunda olanlara qapılarını açacaq və onlara dəstək verəcək , beynəlxalq turnirlərdə iştirak imkanı yaradacaq, ən əsası hər  kəsə  mini-futbol üzrə Azərbaycan yığma komandasının üzvü olma şansı verəcək. 
 Biz AMFA ilə sıx əməkdaşlıq etməyi planlaşdırırq və yaxın zamanda əməkdaşlıq və niyyət memorandumu imzalanacaq. 
 Əgər bizim liqalar və çempionat AMFA  himayəsi altında keçirilsə, bizim komandalar üçün doğrudan da yeni üfüqlər və imkanlar yaranacaq.
Təəssüf ki, Biznes Liqanın payız sessiyası ərzində, bizə məlum olmayan səbəblərdən, dəstək verməyi söz vermiş strukturlar öz öhdəliklərini icra etmədilər və AMFA-nın yaranması ilə təşkilatçı olaraq bizim üçün  vacib olan bir çox proseduralar ləğv edildi.
Mən AMFA-nı fəaliyyətə başlaması münasibətilə təbrik edirəm və qarşıya qoyduqları məqsədlərinə çatmaqda müvəffəqiyyətlər arzu edirəm.

-Azərbaycanda ASEP tərəfindən mini-futbolun inkişaf etdirilməsi artıq beynəlxalq səviyyəyə yüksəlmişdir.
Tamamilə doğrudur! Dekabr ayının əvvəllərində Bakıda Rusiya kollektivləri və xüsusi olaraq dəvət edilmiş Azərbaycan komandaları arasında mini-futbol üzrə beynəlxalq  yarış keçirildi. Yarışa on komanda və 500 azərkeş  qatılmışdı. Bizim Rusiyalı həmkarlarımız bu yarışların təşkilini yüksək qiymətləndirdilər və WWW.asep.az saytında yerləşdirilən təşəkkür məktubları bunu sübut edir. Bu yarış Rusiyalı həmkarlarımızla sıx əməkdaşlığ əlaqələrinin əsasını qoymuş oldu, ASEP artıq xaricdə növbəti yarışların təşkili edilməsi təklifini almışdır. Azərbaycan haqqında xüsusi olaraq  qeyd etmək istəyirəm  ki, fəaliyyət göstərdiyimiz qısa zaman ərzində biz sponsorları cəlb edilməsinə , tərəfdaşlarımız və ölkənin rəsmi strukturları tərəfindən dəstək almağa nail olmuşuq.

-ASEP-in gələn il üçün  planları  barədə danışın.

-ASEP gənc perspektivli, idman, təşkilatçılıq, marketinq, planlaşdırma, analitika və jurnalistika sahəsində təcrübəsi olan bir komandadan ibarətdir. 
 Onların yeni ideya layihələrini tez qavramaq, işləyib hazırlamaq və layihələrin bu və ya digər mərhələlərində həyata keçirmək həvəsini müşahidə etmək çox xoşdur. Mənim komanda yoldaşlarımla birlikdə 14 yanvar 2018-ci ildə fəaliyyətə başlayacaq Uşaq futbol məktəbinin layihəsi işlənib hazırlanmışdır. Uşaq futbol məktəbi layihəsinin təfərrüatlarını öyrənmək istəyənlər www.asep.az saytına daxil olub maraqlana bilərlər. Saytda uşaqlar və valideynlər üçün fəaliyyətdə olan digər uşaq futbol məktəbləri ilə bizim fərqli cəhətlərimizin detalları əks olunmuşdur. Yaxın vaxtlarda uşaqların bizim məktəbə cəlb olunması ilə bağlı reklam kompaniyasına başlanacaqdır. Radio - televiziya kanallarında  və KİV-lərdə bizim anonslarımızı izləyin.

Və əlbəttə istərdim ki, xüsusi olaraq mini-futbol epidemiyası layihəsini qeyd edim. Tezliklə ASEP çox böyük, rekord sayda  komandaların və pərəstişkarların cəlb olunacağı və Azərbaycan ərazisində ilk dəfə qlobal şəkildə  keçiriləcək mini futbol üzrə  yeni bir layihə təqdim ediləcək.
Bizim bütün fəaliyyətimiz idman həyat tərzinin təbliğ etmək, əsas məqsədimiz geniş əhali  təbəqəsini idmana cəlb etməkdir.
Biz mini-futbol vasitəsilə xoş niyyətlərimizi bildirdik və bu hələ bizim üçün son hədd deyil. 
 Sizi çox maraqlı, rəngarəng idman yarışı tədbirləri gözləyir.
İmkandan istifadə edərək hamını Dünya Azərbaycanlılarının həmrəylik günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Hər kəsə möhkəm can sağlığı və yeni idman nailiyyətləri arzulayıram!