Xəbərlər

10.01.2018

ASEP AMFA-nın himayəsi ilə çıxış edir

abl

Assosiasiyanın əsas hədəfi ölkədə futbolun inkişaf səviyyəsinin yüksəldilməsi, əhalinin müxtəlif kateqoriyaları arasında mini-futbolun kütləviləşdirilməsi, sağlam həyat tərzinin təbliği, habelə peşəkar futbolçuların hazırlanmasına nail olmaqdır.
Assosiasiyanın qarşısında duran əsas məqsədlərdən biri də mini-futbol üzrə beynəlxalq qaydaların və standartların Azərbaycanda tətbiqini və ölkə mini-futbolunun beynəlxalq mini-futbol ailəsinə inteqrasiyasını həyata keçirməkdir. Təcrübə mübadiləsinin aparılması məqsədilə artıq Avropa və Dünya Mini-Futbol Federasiyaları ilə sıx əməkdaşlığa başlanılmış, Azərbaycanın sözügedən təşkilatlara üzv qəbul olunması məsələsi ətrafında aktiv müzakirələr aparılır. Nəticə etibarilə AMFA Azərbaycanda ilk dəfə olaraq həvəskarlar arasında mini-futbol üzrə milli yığmanı formalaşdıraraq, beynəlxalq yarışlarda millimizin iştirakını təmin edəcəkdir. Habelə AMFA bayrağı altında həvəskarlar arasında mini futbol liqası yaradılaraq, qaliblərin mini-futbol üzrə Dünya və Avropa çempionatlarına getmək şansını yaradacaq.
Bunların hamısı gələcəkdə beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq mini-futbol arenasında təşviq olunması, eləcə də, yeni inkişaf mərhələsində həvəskarların daha çox mini-futbola cəlb olunması üçün şərait yaradacaqdır. 
Bir sözlə, Assosiasiya ölkəmizdə sosial statusundan, peşəsindən və yaşından asılı olmayaraq bütün həvəskarları mini-futbol bayrağı altında birləşdirməklə, həvəskar futbolla peşəkar futbol arasında körpü rolunu oynayacaqdır.
Yuxarıda sadalananlara əsasən mini-futbolun inkişafı perspektivlərini təhlili, ölkədə mini -futbol yarışlarının kütləviləşdirilməsi hərəkatının gələcək inkişaf perspektivlərini nəzərdən keçirərərək, ASEP şirkəti AMFA ilə sıx əməkdaşlıq etmək niyyətində olduğunu bəyan etmişdir.
Mini-futbol yarışlarının təşkili ASEP şirkətinin əsas fəaliyyət istiqamətlərindən  biridir.
AMFA-nın himayəsi altında çıxış etməklə ASEP özünün bütün liqalarına böyük perspektivlər yarada biləcək, komandalar  həm mini-futbol üzrə Azərbaycanın rəsmi çempionatlarında  , həm  beynəlxalq yarışlarda iştirak etmək imkanı əldə edə biləcəklər, həm də ki, bu  komandaların  hər bir oyunçusu mini-futbol üzrə  milli yığma komandanın üzvü olmaq şansı əldə edəcəklər.
AMFA himayəsi altında çıxış etməklə ASEP şirkəti  gələcəkdə bütün  mini-futbol yarışlarına təşkilati dəstək verməyə hazır olduğunu bəyan edir.