Xəbərlər

17.01.2018

Azfar futbol məktəbinin ilk addımları

abl

İstedadlı oğlan və qızlar, baş məşqçi Vladislav Kadırovun rəhbərliyi altında Azfar futbol məktəbinə qatılmağa dəvət olunurlar.
Azfar Group şirkətinin, “Bakı Şəhər Baş Polis İdarəsi”-nin arxasında yerləşən meydançalarında “Açıq qapılar günü” keçirildi. Gələcəyin futbolçuları, tədbir çərçivəsində, sınaq məşğələlərində maraqla iştirak edərək, bacarıqlarını nümayiş etdirdilər. Azfar uşaq və gənclər məktəbinin əsas məqsədi, uşaqların idmana olan marağını artıraraq, əhalinin bütün təbəqələri üçün əlverişli şəraitin yaradılmasıdır, müxtəlif yaş qrupu komandalarının formalaşdırmağla, yerli və beynəlxalq turnirlərdə iştiraki, perspektivli və istedadlı uşaqların seçilməsi və gələcəkdə onların futbol bacarıqlarının inkişaf etdirilməsidir. Məktəbin baş məşqçisi, UEFA A kateqoriyasına sahib olan Vladislav Qədirov və komandası qarşısında duran ilk öhdəliklər məhz bunlardır.

Vladislav Əziz oğlu Qədirov (16 noyabr 1970), Azərbaycan milli komandasında çıxış etmişdir. SSSR İdman Ustasıdır (1987). 17 yaşında SSRİ milli komandasının tərkibində gənclər arasında dünya çempionu olmuşdur.
1988-dən 1991-ci ilə qədər Bakının “Neftçi” komandasının tərkibində çıxış edərək, 1988-ci ildə SSSR Federasiyası kubokunun finalçısı olub.
Azərbaycan U-21 və U19 milli komandalarının məşqçi-seleksiyaçısı vəzifəsində çalışıb.

Hər bazar günləri yanvar ayının sonuna qədər “Açıq qapı günləri” keçiriləcək.
ASEP şirkəti Azfargoup-un dəstəyi ilə şəhərimizin idman həyatında ciddi hadisə olacaq yeni layihəyə start verir – Bakıda AZFAR uşaq-gənclər futbol məktəbi açılır. Gələcəkdə sözügedən məktəblər şəbəkəsinin şəhərin bütün rayonlarında fəaliyyət göstərməsi nəzərdə tutulur.
Bu bir çox vacib məsələni həll edəcək bir layihədir: uşaqların idmanla məşğul olmağa cəlb olunması, uşaq və gənclər futbolunun inkişafı, idman potensialının üzə çıxarılması və peşəkar kadrların yetişdirilməsi və cəmiyyətin sağlam inkişafı.
Bu cür məktəblər yalnız uşaqları deyil, onların valideynlərini də sevindirir – belə ki, idmanla məşğul olan uşaq həm fiziki, həm də əxlaqi və mənəvi cəhətdən sağlam böyüyəcək və pis mühitlərdən zaq qalacaq.
AZFAR futbol məktəbinin mövcud məktəblərdən əsas fərqi nədir? İlk növbədə, tədrisə peşəkar yanaşmada. Gənc futboçulara yalnız futbol oynamaq üçün praktiki bacarıqlar deyil, eyni zamanda nəzəri biliklər də öyrədilir.
AZFAR futbol meydançaları (Bakının bütün rayonlarında fəaliyyət göstərən 29 açıq və qapalı meydança) – adi stadionlalar deyil, futbolla tam məşğul olmaq üçün hər bir şəraiti – FİFA standartlarına uyğun qurulmuş yüksək keyfiyyətli süni ot örtüyü, məşqlər zamanı minimal zədə, rahat soyunub-geyinmə otaqları və duşlar, bütün uşaqlara veriləcək idman dəstləri - olan bütöv bir infrastrukturdur.
Valideynlərin xidmətinə rahat avtomobil dayanacaqları, bir fincan qəhvə ilə monitorlardan məşqlərin gedişinə və məşqçilərin işinə baxa biləcəkləri istirahət zonası və kafe təqdim edilir.
Valideynlər mütəmadi olaraq keçiriləcək Valideyn günləri hesabına daimi olaraq övladlarının nailiyyətləri və problemləri ilə bağlı məlumat alacaqlar.
AZFAR məktəbləri gənc idmançılar üçün böyük perspektivlər yarada bilər. Mövcud infrastrukturun dəstəyi ilə burada mütəmadi olaraq səfər kampları, çempionatlar, beynəlxalq turnirlər və yarışlar keçiriləcəkdir, bu da daha istedadlı yeniyetmələrin üzə çıxarılmasına və onların peşəkar futbol klublarının akademiyalarına seçilməsinə kömək edəcək.
Qeyd edilməlidir ki, AZFAR məktəblərində yalnız oğlanlar üçün deyil, qızlar üçün də seksiyalar nəzərdə tutulmuşdur. Məşqlər və dərslər isə 4-15 yaş arası uşaqlar üçün 5 yaş kateqoriyası üzrə keçirilir.
Münasib qiymət, tək abunəliyin tətbiqi, rahat ödəniş üsulları da AZFAR məktəblər şəbəkəsinin əhəmiyyətli üstünlüklərindəndir.