Xəbərlər

02.02.2018

ABL Cup 2017/18 turnirinin "Texniki iclası"

abl

1 fevral tarixində Pullman oteldə ABL Cup 2017/18 turnirinin iştirakçı komandaları ilə texniki iclas keçirildi. Biznes-liqanın yaz kubokunun keçirilməsinə dair vacib məsələlərin müzakirə olunacağı iclasda, komanda nümayəndələri iştirak etdi. Gündəmin əsas məsələri sırasında: 
1.    Komandanın tərkibində çıxış edən oyunçuların, həmin şirkətin əməkdaşı olması ilə
əlaqədar E-gov çıxarışların tətbiqi.
2.    Oyunçuların professional statusunun yoxlanılması
3.    Komandanın oyun forması
4.    Yaz fəslində keçiriləcək növbəti turnirin formatının təyini (2 diviziyona bölünməsi),
ABL Cup 2017/18 turniri ilə əlaqədar digər nüanslar da, müzakirə olundu. 

Texniki iclasda iştirak edən bütün komandalara təşəkkürümüzü bildiririk.