Xəbərlər

24.05.2018

ABL Yaz Kuboku 2017/18 turnirinin final oyunu 28 may Respublika günü keçiriləcək

ABL Yaz Kuboku 2017/18 turnirinin final oyununun anonsu

Əziz futbol həvəskarları və AZFAR Biznes-Liqasının izləyiciləri!

Yaz Kubokunun final qarşılaşması və 3-cü yer uğrunda oyun 28 may 2018-ci il Respublika günündə keçiriləcək. Hər iki matç Böyük Şor gölü yaxınlığında yerləşən Azfar-Bakcell stadionunda oynanılacaq. 3-cü yer uğrunda “Polat Yol” – “Azərgold” qarşılaşması saat 16:00-da, “Azersun” – “Universal” final qarşılaşması isə saat 17:15-də start götürəcək. Oyunlar başa çatdıqdan sonra qaliblərə medallar və mükafatlar təqdim olunacaq. Komandalara uğurlar arzulayırıq və hamınızı həyəcan dolu qarşılaşmaları izləməyə dəvət edirik!