Təsviri

Mini-futbol üzrə “Аzfar Business League” (ABL) çempionatı mini-futbolun gələcəkdə populyarlaşdırılması və inkişaf etdirilməsi, geniş əhali kütlələrinin bədən tərbiyəsi və idmanla sistematik qaydada məşğul olmağa cəlb edilməsi məqsədilə korporativ komandalar arasında keçirilir. 
Yarışların təşkil olunmasına və keçirilməsinə ümumi rəhbərlik ASEP şirkətləri tərəfindən Azfargroup-un dəstəyi ilə həyata keçirilir. 
Yarışların bilavasitə keçirilməsi təşkilat komitəsinə həvalə olunur. Təşkilat komitəsi turnir iştirakçılarının dəqiqliklə seçilməsini təmin edəcək və çempionatda Azərbaycanın ən qabaqcıl və ən fəal şirkətləri iştirak edəcək. Turnirin bütün mərhələləri mətbuatda, internet səhifələrində, radio və televiziyada geniş işıqlandırılacaqdır.