Prizlər və mükafatlar

Mini-futbol turnirində birinci yeri qazanmış komandaya “Qalib” adı verilir. Həmin komanda 1-ci yerə görə Kubok ilə mükafatlandırılır. Komandanın oyunçuları medallarla təltif olunur. 
Final mərhələsində ikinci yeri qazanmış komanda medallarla təltif olunur.
Final mərhələsində üçüncü yeri qazanmış komanda medallarla təltif olunur.
Bütün komandalara xatirə diplomları verilir. 
“Turnirin ən yaxşı bombardiri”, “Turnirin ən yaxşı assistenti” və “Turnirin ən yaxşı qapıçısı” fərdi diplomlarla təltif olunur.
“Turnirin Fairplay komandası” komanda mükafatı ilə təltif olunur.
Əlavə prizlər turnirin partnyorları və sponsorları tərəfindən təqdim olunur.