Polat Yol

Təşkilat: Polat Yol

Veb səhifə: http://www.polatyol.com/

"Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş."nin Azərbaycan Respublikasındakı filialı 2007-ci ildən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərir.Şirkət əsasən yol tikintisi və təmiri eyni zamanda su və kanalizasiya tikintisi layihələrini həyata keçirir.Mərkəzi Türkiyə Respublikası İstanbul şəhərində yerləşən firma 1975-ci ildə təsis edilmişdir.Azərbaycanla yanaşı şirkət Gürcüstan,Qazaxstan,Qatar,Mərakeş və s. ölkələrdə də fəaliyyət göstərir.
Hal-hazırda Azərbaycanın aparıcı yol inşaatı şirrkətlərindən biri olan "Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş."nin Azərbaycan Respublikasındakı filialı fəaliyyəti dövründə "Ucar-Yevlax avtomobil yolunun yenidən qurulması" , "Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması" , "Hacıqabul-Kürdəmir avtomobil yolunun 4 zolağa genişləndirilməsi" , "Şəki-Qax avtomobil yolunun yenidən qurulması" , "Oğuz-Qəbələ avtomobil yolunun yenidən qurulması" layihələrini müvəffəqiyyətlə sona çatdırmışdır.Eyni zamanda şirkət "Mehdiabad qəsəbəsinin su və kanalizasiya sisteminin yenidən qurulması" və "Digah qəsəbəsinin su və kanalizasiya sisteminin yenidən qurulması" layihələrini də müvəffəqiyyətlə sona çatdırmışdır.
Şirkət hal-hazırda inşaatı davam edən "Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi" , "Masallı-Astara avtomobil yolunun 4 zolağa genişləndirilməsi" və "Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması" layihələrini həyata keçirir.
 

 

shorts
Oyunlar 7
plus
Qalibiyyətlər 4
minus
Məğlubiyyətlər 3
draw
Heç-heçə 0
ball
Qollar 35
sneakers
Məhsuldar ötürmələr 28
draw
Clean sheets 0
draw
Buraxılmış toplar 28
draw
FAİR PLAY REYTİNQİ 7
Qolların oyuna görə orta sayı 5.00
Buraxılmış topların oyuna görə orta sayı 4.00
Məhsuldar ötürmələrin oyuna görə orta sayı 4.00
Penaltidən vurulan qollar 0
Uğursuz penalti zərbələri 0
Avtoqollar 2
Sarı kartlar 7
İkinci sarı kartlar 0
Qırmızı kartlar 0