Foto

22.09.2017

ABL Cup 2017/18 çempionatının təqdimat mərasimi

Bakı "Business Center"də AZFAR Business League-ABL Cup 2017/18 çempionatının təqdimat mərasimi keçirilib.

Yarışın əsas məqsədi mini-futbolun təbliğ edilməsi və korporativ məkanda inkişafını təmin etmək, habelə əhali arasında idmana və bədən tərbiyəsinə həvəs yaratmağa kömək etməkdən ibarətdir. Yarışların təşkilinə və keçirilməsinə ümumi rəhbərlik AZFARQROUP-un dəstəyi ilə ASEP şirkəti tərəfindən həyata keçirilir. Yarışların keçirilməsi bilavasitə ABL təşkilat komitəsinə həvalə olunub.